FİZULİ MƏMMƏDOVDAN MÜBARİZ MƏNSİMOVA TƏBRİK-MESAJIbackend

FİZULİ MƏMMƏDOVDAN MÜBARİZ MƏNSİMOVA TƏBRİK-MESAJI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki,bu fikirlər Azərbaycanın Vətənpərvər iş adamlarından Fizuli Məmmədov \”Palmali” Şirkətlər Qrupunun yaradılmasının 20 illiyi ilə bağlı yaydığı təbrik mesajında qeyd edilir.
Təbrikdə daha sonra qeyd edilir:
Mübariz Mənsimov 20 il öncə başladığı işi çox uğurla davam etdirib və hədəflərinə doğru inamla irəliləyib. Onun çalışqanlığı sayəsində \”Palmali” Şirkətlər Qrupu xüsusən daşımaçılıqda ən mötəbər yerlərdən birini tutur. Bir Azərbaycan övladının dünyanın əsas iqtisadi zonalarından birində söz sahibinə çevrilən, trendləri müəyyən edən brend yaratması gerçəkdən də qürurvericidir.

Mübariz Mənsimovu şəxsən tanıyanlar onun Vətən, millət sevgisindən xəbərdardırlar. Onun 20 illik fəaliyyətini izləyəndə bir daha aydın olur ki, şəxsi həyatında olduğu kimi, iş həyatında da Azərbaycanın maraqları onun üçün prioritet olub. \”Palmali” Şirkətlər Qrupunun dünya sularında üzən gəmilərinin ünlü azərbaycanlıların, tarixi şəxsiyyətlərimizin, elm, mədəniyyət dahimlərimizin adını daşıması Mübariz Mənsimovun doğulduğu torpağa sədaqətinin, Azərbaycanı dünyada ən yüksək səviyyədə tanıtmaq arzusunun göstəricisidir.

Onun işgüzar fəaliyyətində xeyriyyəçilik önəmli yerlərdən birini tutur. Mübariz Mənsimovun indiyə qədər elm, təhsil, səhiyyə sahəsində ehtiyacı olan insanlara dayaq olması, xüsusən Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xidmətləri olan şəxslərə və onların ailə üzvlərinə həssasiyyəti bir çoxlarına nümunə olacaq səviyyədədir. Özəlliklə bu yaxınlarda \”Palmali” ŞQ-nun gəmilərindən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsi onun vətənpərvərlik ideyasına, milli ruha sonsuz xidmətidir.

‘’İnter-server’ Şirkətlər Qrupu adından dəyərli Mübariz Mənsimovu, bütün \”Palmali” qrupunu təbrik edir, onlara ünlü Azərbaycan brendi kimi iş dünyasında daha böyük zirvələr fəth etməyi arzulayıram.

Fizuli Məmmədov
\”İnter-sever” Şirkətlər Qrupunun prezidenti.
Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun rəhbəri.