Bakıda 400 min manatlıq dələduzluq edən şəxs məhkəmədə özünü təqsirli bilməyibbackend

Bakıda 400 min manatlıq dələduzluq edən şəxs məhkəmədə özünü təqsirli bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az -ın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

B.Babayev özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Valeh Əliyevin vəkili Elçin Süleymanov qeyd edib ki, təqsirləndirilən B.Babayev müvəkkilindən 135 min dollar alıb: \”Lakin Bəxtiyar Babayev ifadəsində deyib ki, həmin pulun 38 min dollarını qaytarıb. Amma cinayət işi materiallarında hər iki şəxs arasında notariusda bağlanmış borc müqaviləsi var. Müqavilədə də göstərilir ki, Bəxtiyar Babayevin Valeh Əliyevə 450 min dollar borcu var. Valeh Əliyev digər zərərçəkmişlər kimi tanınan Natiq və Sahildən pul alaraq Bəxtiyar Babayevə verib. Həmin şəxslər Valeh Əliyevin yaxınlarıdır, onlar Bəxtiyar Babayevi Valeh Əliyev vasitəsi ilə tanıyıblar\”.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, B.Babayev Bakı şəhər sakinləri – Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.

B.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.