Polisi ölümcül yaralayan “avtoş” başçının müavini Qafarova Aybənizin əvvəlki evliliyindən olan oğlu imişbackend

Polisi ölümcül yaralayan “avtoş” başçının müavini Qafarova Aybənizin əvvəlki evliliyindən olan oğlu imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, 7News.Az Saytı hadisənin təfərrüatı ilə bağlı bəzi maraqlı məqamları üzə çıxarıb. Yaralanan polisin qohumu qeyd edib ki, hadisə dekabrın 4-ü Masallı rayonunda saat 10 radələrində baş verib: \”Masallı Rayonun Dövlət Yol Polisi Şöbəsinin baş serjantı Rəcəbli Azər Elxan oğlu xidmət apardığı zaman vətəndaşa \”Dur\” əmrini verib. Ancaq vətəndaş \”Dur\” əmrinə əhəmiyyət vermədən polis əməkdaşını vuraraq yolun kənarına atıb. Hazırda polis kəllə-beyin travması diaqnozu ilə reanimasiyadadır. Bundan əlavə ayağı və qulağı sınıb. Hazırda ayağı gipsdədir. Bütün bədəni gömgöydür. Amma həyatı təhlükəsi yoxdur. Vurulan polisin 35 yaşı var. Ailəlidir. Polisi vuran vətəndaş Fərəcli Bəhlul Cabir oğludur. Biz istəyirik ki, həmin şəxs layiqli cəzasını alsın. Polisi vuran şəxs Masallı rayon icra başçısının müavini Qafarova Aybənizin əvvəlki evliliyindən olan oğludur\”.

Bununla belə bir neçə gündür ki, mətbuatda yazılanlar mövzu ilə bağlı bir çox şübhəli məqamların olduğu ilə bağlı suallar doğrurur.

Qeyd edək ki, ölkə başçısı dəfələrlə məmur övladlarının avtoşluq və qudurğanlıq halları ilə bağlı sərt xəbərdarlıqlar edib, bir neçə yüksəkçinli məmuru məhz bu hallara görə vəzifəsindən uzaqlaşdırıb. Daxili İşlər Naziri Ramil Usubov da xidməti vəzifəsini yerinə yetirən polis işçilərinəq arşı bu cür hallara sərt münasibəti ilə tanınır. Ümid edirik ki, bu faktla bağlı da tezliklə rəsmi açıqlama veriləcək və əsl həqiqət ortaya çıxar.

Interpress.Az