ABŞ Konqresi mühüm cinayət qanunvericiliyi islahatını dəstəkləyibbackend

ABŞ Konqresi mühüm cinayət qanunvericiliyi islahatını dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, 358 konqresmen layihənin “lehinə”, 36 nəfər “əleyhinə” səs verib. Daha sonra qanun layihəsi imzalanmaq üçün Prezidentə təqdim olunacaq. Qanun layihəsi qüvvəyə mindikdən sonra federal həbsxana sistemində tarixi addım sayılan bu islahat minlərlə məhbusun taleyinə öz təsirini göstərəcək.

Yeni qanunla fiziki və ya psixi problemləri olan şəxslərə cəza müddətinin ev dustaqlığı və yaxud “evin astanasında olmaqla” əvəzlənməsinə şərait yaradılacaq. Bu güzəştlər xüsusi təhlükəli məhbuslara aid edilməyəcək. Bundan başqa, yeni qanunla məhbuslar onların ailə üzvlərinin yaşadıqları yerdən 804 kilometrdən çox olmayaraq aralıda yerləşə, nümunəvi davranışa görə cəzalarının çəkilməsi müddəti daha çox qısaldıla bilər. Qanunvericilik, həmçinin qadın məhbusların şəxsi gigiyena vasitələri ilə müntəzəm təmin edilməsini, silah və narkotiklərlə bağlı bəzi cinayətlərə görə cəzanın ikiqat artırılmasına qadağa qoyulmasını, xırda qayda pozuntularına görə müttəhimlərə hakimlər tərəfindən zəruri normalardan daha az cəza müddətinin verilməsini nəzərdə tutur.

Yeni islahat 180 min 789 federal məhbusa aid ediləcək. Məlumdur ki, ABŞ dünyada məhbusların sayının daha çox olduğu ölkə kimi tanınır və adambaşına düşən məhbus sayına görə ən yüksək göstəriciyə malikdir.

Interpress.Az