Lənkəranda 5 ay əvvəl avtomobilini körpüdən aşıran sürücü yenidən qəza törədibbackend

Lənkəranda 5 ay əvvəl avtomobilini körpüdən aşıran sürücü yenidən qəza törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Ələt-Astara magistralının rayonun Digah kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Lənkəran şəhər sakini Samir Habil oğlu Məmmədzadənin idarə etdiyi \”VAZ-2106\” markalı avtomobil \”Ford\” markalı yük avtomobili ilə toqquşub. Nəticədə sürcü S.Məmmədzadə ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan S.Məmmədzadə bu ilin iyul ayında da idarə etdiyi avtomobillə Velədi kəndi ərazisində Lənkəran çayı üzərindəki körpüdən aşağı aşaraq xəsarətlər almışdı.(Report)

Interpress.Az