Portuqaliyada “sarı jiletlilər” etirazlara başlayırbackend

Portuqaliyada “sarı jiletlilər” etirazlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tezliklə paytaxt Lissabonun mərkəzində nümayiş gözlənilir.

“Portuqaliya sarı jiletliləri” hərəkatı sosial şəbəkələr vasitəsilə ölkənin 17 şəhərində 25 aksiya keçirmək üçün çağırışlar yayıb. Bununla bağlı hökumət artıq 20 minədək polisi səfərbər etməklə yanaşı, etirazların dinc məcrada keçiriləcəyini güman edir.

Aksiyalarda minimum əmək haqqının və işsizlik müavinətinin artırılması, əlavə dəyər vergisinin və kiçik müəssisələr üçün verginin azaldılması tələbləri irəli sürüləcək.

Xatırladaq ki, Fransada “sarı jiletlilər” noyabrın 17-dən etibarən yanacağın bahalaşmasına və vergilərin artırılmasına qarşı minlərlə etiraz aksiyası keçirib.(report)

Interpress.Az