Vergilər Nazirliyinin səlahiyyəti artırılıbbackend

Vergilər Nazirliyinin səlahiyyəti artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu dəyişiklik Vergilər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlıdır.

Belə ki, bundan sonra vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı inzbati protokolu Vergilər Nazirliyi tərtib edəcək.

İnzibati Xətalar Məcəlləsinin 460-cı (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsinə əsasən, az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək məbləğdə cərimə edilir.

Bu maddədə “az miqdar” dedikdə, 20 min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

İndiyədək işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə inzibati protokolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərtib edirdi.

Interpress.az