Erkən ölümü müəyyən etməyin yolu tapıldıbackend

Erkən ölümü müəyyən etməyin yolu tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu haqda “Medical Xpress” nəşrində press-reliz dərc olunub.

Tədqiqatçılar 1-94 yaşları arasında olan 133 insanın dərisindən götürülmüş nümunələrdə yer alan birləşdirici toxumaların (dermal fibroplastlar) qoca və cavan hüceyrələrini analiz edib. Bu hüceyrə tipi yaraları sağaltmağa və hüceyrələrarası maddənin (matriks) komponentlərini sintez etməyə kömək edir. Alimlər yaşlandıqca dəyişən qocalma biomarkerlərinin axtarışı üçün RNT- sekvenləşdirmə metodundan istifadə edib.

RNT sekvenləşdirmə informasion RNT-nin molekullarında olan nukleotidlərin ardıcıllığını müəyyən etməyə kömək edir. Beləcə, bu metod bu və ya digər yaşda olan müəyyən hüceyrələrdə hansı genlərin aktiv olduğunu müəyyənləşdirməyə icazə verir.

Alimlər əldə olunmuş məlumatları çeşidləmək və qocalma biomarkerlərini tapmaq üçün maşın təhlili alqoritmlərini tətbiq ediblər. Bu metod fibroplastların hazırkı vəziyyəti əsasında səkkiz il yuxarı-aşağı fərqlə insanın təxmini yaşını tapmağa imkan verib.

Erkən qocalmadan əziyyət çəkən xəstələrdən götürülmüş fibroplastların analizi bu pasiyentlərin öz xronoloji yaşlarından 10 il daha böyük olduqlarını göstərib.

Interpress.az