Almaniya İran aviaşirkətinə ölkəsindən uçuşları qadağan edibbackend

Almaniya İran aviaşirkətinə ölkəsindən uçuşları qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə cümə günü mənbələrə istinadən \”Bild\” qəzeti yazıb.

Nəşrin məlumatına görə, uçuşlar 2019-cu ilin yanvarından dayandırılacaq. Hazırda aviaşirkət Münxen və Düsseldorfdan paytaxt Tehrana həftədə 6 dəfə uçuşlar həyata keçirir.

Bildirilir ki, \”Mahan Air\” aviaşirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandirinə məxsusdur. Şirkət Suriya prezidenti Bəşər Əsədlə əməkdaşlıq edir və bu ərəb ölkəsinə döyüşçü və silah daşınması ilə məşğuldur.

Daha əvvəl ABŞ \”Mahan Air\”lə əməkdaşlıq edən Malayziya və Tailand şirkətlərinə sanksiya tətbiq edib.(report)

Interpress.az