Türkiyə Suriyada hərbi əməliyyatı təxirə saldı – Rəsmi açıqlamabackend

Türkiyə Suriyada hərbi əməliyyatı təxirə saldı – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Suriyada hərbi əməliyyatın təxirə salınmasının səbəbini açıqlayıb.

Müvafiq bəyanatla Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

O bildirib ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatı ABŞ-ı cavab atəşə təhrik etməmək üçün təxirə salınıb.

Nazirin sözlərinə görə, məqsəd ABŞ qoşunlarının Suriyadan çıxarılması zamanı “dost atəş”dən yayınmaq olub.

Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə və ABŞ yanvarın 8-də Vaşinqtonda qoşunların çıxarılması məsələsini müzakirə edəcək. (Oxu.az)

Interpress.az