Ucarda əmisi oğlunun təcavüz edib başını kəsdiyi qızın meyitinin görüntüləri yayılıb -FOTObackend

Ucarda əmisi oğlunun təcavüz edib başını kəsdiyi qızın meyitinin görüntüləri yayılıb -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, A24.Az-ın əldə etdiyi məlumata görə, yaşayış məntəqəsindən keçən su arxında kənd sakini Həşimova Gülnaz Fuad qızının başı kəsilmiş meyiti tapılıb. Daha sonra onun öz əmisi oğlu tərəfindən öldürüldüyü məlum olub.

Belə ki, İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. Çıqqarov əmisi qızını qətlə yetirməzdən öncə ona təcavüz edib. 26 yaşlı gəncin hadisəni sərxoş halda törətdiyi bildirilir.

Mənbə onu da qeyd etdi ki, İlkin Çıqqarov əmisi qızını pul qarşılığında başqa kişilərə satırmış. Hadisənin də pul üstündə baş verdiyi bildirilir. Əmisi qızını öldürən şəxs daha sonra bıçağı yaxınlıqdakı qamışlıq əraziyə ataraq qaçıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İlkin Çıqqarov artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Ucarda əmisi oğlunun təcavüz edib başını kəsdiyi qızın meyitinin görüntüləri yayılıb -FOTO

Ucarda əmisi oğlunun təcavüz edib başını kəsdiyi qızın meyitinin görüntüləri yayılıb -FOTO

Interpress.az