Arvadını və 5 aylıq qızını doğradı…backend

Arvadını və 5 aylıq qızını doğradı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səsləri eşidən qonşular polisə xəbər verdilər.

Türkiyədə Bursanın İnəgöl rayonunda bir kişi həyat yoldaşı və 5 aylıq körpəni bıçaqlayaraq öldürüb.

Hadisə İnəgöl rayonu Fatih məhəlləsi Fevzi Çaxmaq küçəsindəki evdə baş verib.

25 yaşlı Oğuzhan Kayalp məlum olmayan səbəbdən xanımı Zuhal Kayalp ilə mübahisə etməyə başlayıb. Səsləri eşidən qonşular vəziyyəti polisə bildirib.

Evə gələn polis dəstələrini içəri buraxmayan Oğuzhan uzun müddət müqavimət göstərib. Qapını sındıraraq evə girən polislər boğazlarından bıçaqlanan Zuhal ilə 5 aylıq körpə Kayra Kayalpı Oğuzhanın öldürdüyünü müəyyən ediblər.

Şübhəli Oğuzhan Kayalp saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.(aznews.az)

Interpress.az