İsrail üçün şok qərar: Bizi yük maşınının altına atdıbackend

İsrail üçün şok qərar: Bizi yük maşınının altına atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ prezidentini Suriyadan çıxmaqdan vaz keçirməyə çalışdığı iddia edilir.

İsrailin “Kanal 10” televiziya kanalında verilən xəbərə görə, ABŞ əsgərlərini Suriyadan çıxarmağa qərar vermədən əvvəl Netanyahu Trampı bu fikirdən daşındırmağa çalışıb.

Xəbərdə ABŞ-ın Suriyadan çıxmaq qərarına görə İsrailin xəyal qırıqlığı yaşadığı bu addımın Rusiya, İran və Hizbullah üçün “zəfər” olduğu deyilib. Bu qərarı “İsrailin üzünə vurulmuş şillə” kimi dəyərləndiriblər. ABŞ-ın bu ölkədəki varlığının, İsrailin Rusiyanı İranın Suriyaya yerləşməyinə imkan verməmək üçün razı salmağa istifadə edilə biləcək tək vasitə olduğu da deyilib.

Digər tərəfdən adı açıqlanmayan yüksək səlahiyyətli şəxslərdən biri ABŞ-ın Suriyadan çıxmaq qərarını sərt şəkildə tənqid edib:

“Tramp bizi Suriya və Hizbullaha silah daşıyan rus yük maşının təkərlərinin altına atdı”.(aznews)

Interpress.az