Azər Xudiyevin məqaləsi Harvard Universitetinin saytındabackend

Azər Xudiyevin məqaləsi Harvard Universitetinin saytında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Ukraynadakı səfirliyindən Interpress.az-a verilən xəbərə görə, məqalədə “Bakı prosesi”nin Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ilin dekabrında baş tutduğu qeyd edilir. Bununla da yeni əməkdaşlıq formatının təməli qoyulub. Beynəlxalq platforma olan “Bakı prosesi”nin əsas məqsədi isə mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun effektiv və real mexanizmini inkişaf etdirməkdir. “Bakı prosesi” Azərbaycanın mədəniyyət diplomatiyasının ən mühüm komponentidir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanındakı daimi nümayəndəliyi Parisdə “Bakı prosesi”nin 10 illiyini yüksək səviyyədə keçirib.

Müəllif qeyd edir ki, dünyanın tanınmış ictimai-siyasi xadimləri, ekspertləri “Bakı prosesi”nin dünyanın yeni düzəninə öz töhfəsini verdiyini vurğulayırlar. \”Bakı prosesi\” Azərbaycanda yaradılan yeni geosiyasi dəyərdir. Bu, Azərbaycanın ümumilli lideri Heydər Əliyev tərəfindən hazırlanmış azərbaycançılıq konsepsiyasına əsaslanır. Bu ideoloji sistemdə mədəniyyətlərin, milli və beynəlmiləlliyin harmoniyası dayanır. Səfir məqalədə Azərbaycanın əldə etdiyi uğurlu xarici siyasət haqqında geniş məlumat verib.

Interpress.az