Hansı ölkələr Azərbaycana investisiya qoyub? – SİYAHIbackend

Hansı ölkələr Azərbaycana investisiya qoyub? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, daxili mənbələr hesabına iqtisadiyyata yönəldilən vəsait daha çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 838 milyon manatı (80,7%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarının payına düşür.

Ümumilikdə 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899 milyon manat sərmayə qoyulub. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% azdır. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi isə ümumi sərmayənin 63,1%-ini təşkil edir.

Interpress.az