Bulvarda küçə itləri vətəndaşa hücum çəkdi – Polislər onu itlərin caynağından zorla aldıbackend

Bulvarda küçə itləri vətəndaşa hücum çəkdi – Polislər onu itlərin caynağından zorla aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpess.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, olay Bakı buxtasında, \”Ağ şəhər\”də baş verib. Belə ki, ərazidə istirahət edən şəhər sakini qəfildən sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

Təxminən, 10-a qədər sahibsiz it onun üzərinə hücum edərək dişləməyə başlayıblar. Vətəndaş yalnız hadisə yerinə çağırılan polis əməkdaşlarının köməkliyi ilə itlərin caynağından xilas edilib. Onun müxtəlif bədən nahiyələrindən xəsarət aldığı bildirilir.

Qeyd edək ki, sahibsiz itlərin toplaşdığı Dənizkənarı Milli Parkı gün ərzində minlərlə şəhər sakininin istirahət etdiyi məkandır. Buna baxmayaraq \”Bulvar\” İdarəsi hələ də küçə itlərinə qarşı tədbir görməkdə çətinlik çəkir.

İnterpress.az