Pol Qobl: Azərbaycan iqtisadi inkişafını davam etdirəcək – EKSKLÜZİVbackend

Pol Qobl: Azərbaycan iqtisadi inkişafını davam etdirəcək – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir k,Oxu.Az-ın qonağı Rusiya və keçmiş Sovet İttifaqı üzrə ABŞ-ın ən nüfuzlu ekspertlərindən sayılan, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məsləhətçisi olmuş Pol Qobldur.

Bizim sayta verdiyi eksklüziv açıqlamada amerikalı ekspert o qədər çox danışmasa da, ABŞ-dan olan siyasi analitik olaraq 2018-ci ildə Azərbaycanın nələrlə yadda qaldığını çox dəqiq qeyd edib:

“Fikrimcə, 2018-ci ildə iki əlamətdar hadisə baş verdi. Birincisi “müsbət işarəlidir” – bu Xəzər dənizinin delimitasiyası haqqında sazişdir. Bu sənəd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrini genişləndirməsinə yol açacaq. Bakı hər zaman bunu istəyib. İkincisi Qərbdən olan bir sıra neft şirkətlərinin Azərbaycanı tərk etmək qərarıdır”.

“Hesab edirəm ki, üzümüzə gələn 2019-cu ildə Azərbaycan iqtisadi inkişafını davam etdirəcək və balanslaşdırılmış xarici siyasətini qoruyub saxlayacaq. Yeri gəlmişkən, nə qədər paradoksal səslənsə də, qarşıdakı 12 ay ərzində Azərbaycanın Rusiya, ABŞ və İranla münasibətlərinin indikindən daha isti olacağını gözləyirəm”, – deyə Pol Qobl bildirib.

Interpress.Az