Arvadını öldürüb basdırdı, qohumlarına isə dedi ki… – Dəhşətli qətlin təfərrüatıbackend

Arvadını öldürüb basdırdı, qohumlarına isə dedi ki… – Dəhşətli qətlin təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samuxda arvadını öldürərək meşədə basdıran Ağamir Səmədov barəsində olan birinci intsanisya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Interpress.Az-ın məlumatına görə, Ağamir Səmədovun şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib.

Şikayət məhkəmənin hakimi Əlizamin Abdullayevin icraatına verilib.

Qeyd edək ki, əvvəllər də məhkumluq həyatı yaşayan, A.Səmədov bu ilin aprel ayında Samux rayon Kolayır kəndində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovu döyərək qətlə yetirib. Daha sonra onun meyitini \”VAZ-21-011\” markalı avtomobillə qoyaraq Qırmızı Samux kənd ərazisindəki meşə zolağına aparıb basdırıb.

Hadisədən bir neçə gün sonra A.Səmədov L.Səmədovanın bacısı Azadil Qəhrəmanovaya aralarında problem olduğu üçün Ləmanın evdən qaçdığını bildirib.

A.Qəhrəmanova Samux Rayon Polis Şöbəsinə ərizə ilə mürəciət edərək bacısının ailə münaqişəsi zəminində evdən qaçaraq geri qayıtmadığı barədə məlumat verib.

Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan əməliyyat-axtarışlar tədbirlərinin nəticəsində Ləman Səmədovanın qətlə yetirilməsi məlum olub. Ağamir Səmədov şübhəli şəxs qismində saxlanılaraq instintaqa cəlb edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Səmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Interpress.Az