Arvadını toy günü baltaladı – İsmayıllıdakı qətlin təfərrüatıbackend

Arvadını toy günü baltaladı – İsmayıllıdakı qətlin təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi İsmayıllıda 65 yaşlı qadın qətllə yetirilib. Rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti kənddə evinin həyətində tapılıb. Bu gün isə həmin qətlin bəzi təfərrüatı məlum olub.

Interpress.Az xəbər verir ki, rayonun Gəraybəyli kənd sakinlərinin Aznews-a verdiyi məlumata görə, Əzizə Axundovanı 74 yaşlı həyat yoldaşı öldürüb:

“Onlar 47 il bir yerdə ömür sürüblər. Əmi oğlu, əmi qızıdırlar, 3 övladları var. Hamısı ailə qurub, uşaqları var. Qətl günü cütlüyün toy günü imiş. Aralarında mübahisə düşüb. Kişi qadının başından bir neçə dəfə balta ilə vurub. Bundan ürəyi soyumayaraq ipi boğazına keçirib və boğub. Sonra da meyiti kollar arasında gizlədib. Kişi həyat yoldaşını öldürməyi ilə bağlı məktub yazıb. İndi hamı onu axtarır”.

Interpress.Az