Qətlə yetirilən tələbənin görüntüləri yayıldı- FOTObackend

Qətlə yetirilən tələbənin görüntüləri yayıldı- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 23-də axşam saatlarında Nərimanov rayonu, Atatürk prospektində baş verən hadisədə Murquzov Rauf İlqar oğlu 2001-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Rauf Murquzov saxlanılıb.

Məlumata görə, hər iki şəxs universitet tələbəsi olub. R.Murquzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, E.Xəlilov isə Azərbaycan Texniki Universitetində təhsil alırmış.

Azərbaycan Texniki Universitetindən verilən məlumata görə, E.Xəlilov universitetin Nəqliyyat fakültəsinin birinci kurs tələbəsi olub.

Qeyd edək ki, hər iki tələbənin Ağstafa rayonundan olduğu bildirilir. Onların uşaqlıqdan dostluq münasibətlərinin olduğu qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.(a24.az)

Interpress.Az