“Meyxananı it boğuşmasına çeviriblər”backend

“Meyxananı it boğuşmasına çeviriblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, o, indi meyxanadan satiranın çıxarıldığını qeyd edib. V. Əbdülov bildirib ki, ifaçılar deyişərkən qarşı tərəfin zəif nöqtəsini tapmağa çalışırlar:

“Əliağa Vahidin yazılarını oxuyursan, görürsən ki, Hitlerə qarşı, atanın oğula nəsihəti və başqa şeirlər yazıb. Bunların hamısında elə gözəl aktyorluq, elə gözəl satira var ki… İndi meyxanadan satiranı çıxardıblar. Çox üzr istəyirəm, meyxananı it boğuşması, xoruz döyüşməsinə gətirib çıxarıblar. Elə bil ki, əlbəyaxa döyüş növünə çeviriblər. Vay o günə ki, birinin zəif yerini bilələr. Onu tez-tez deməyə başlayırlar.Tərif və ya tənqid etsən bir neçə adamın dilindən danışmaq lazımdır. Öz fikrini desən tamaşaçı üçün maraqlı olmayacaq”.

Interpress.Az