Bakıya daha 20 yeni avtobus gətirildi – FOTObackend

Bakıya daha 20 yeni avtobus gətirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların təqdimat mərasimində deyib. Onun sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə marşruta buraxılacaq: \”64 saylı müntəzəm marşrut üzrə daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığından Bakı Nəqliyyat Agentliyi həmin daşıyıcı ilə imzalanan müqaviləyə xitam verib. Başqa daşıcı ilə müqavilə imzalanıb. Dəfələrlə agentliyə 64 saylı marşrut üzrə sərnişindaşıma keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülər tərəfindən avtobus idarə olunması, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu. Daşıcı qar.ısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də daşıyıcı ilə müqaviləyə xitam verilib. Yeni avtobuslar yaxın günlərdə 64 saylı marut üzrə xəttə buraxılacaq, 4 dəqiqə intervalla avtobuslar sərnişinlərə xidmət göstərəcək\”.

M. Ağayev bildirib ki, 64 saylı marşrut xətti metronun \”Neftçilər\” stansiyasından Yeni Günəşli istiqamətində hərəkət edəcək\” Marşrut \”General Avto Company\” şirkəti ilə imzalanan müqavilə əsasında fəaliyyətə başlayacaq. Avtobuslarda həmçinin fiziki imkanları zəif olan şəxslərin istifadəsi üçün panduslar yerləşdirilib, əlil arabaları üçün yer quraşdırılıb. Avtobuslarda kart sistemi hələlik tətbiq olunmayıb\”. Mai Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən gələn il daha 300 avtobus gətiriləcək. Həmin avtobuslar gətirildikdən sonra bütün yenilənmiş xətlər üzrə kart sisteminə keçid təmin ediləcək\”.

Interpress.Az