Pakistanın keçmiş Baş naziri daha bir həbs cəzasına məhkum olunubbackend

Pakistanın keçmiş Baş naziri daha bir həbs cəzasına məhkum olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az TASS-a istinadən xəbər verir ki, İslamabad Antikorrupsiya Məhkəməsində Əl Əziziyyə Polad Kombinatında və “Flagship İnvestment” şirkətində korrupsiya faktına dair ayrıca iki proses keçirilib.

Birinci məsələ ilə bağlı sabiq hökumət başçısı 7 il müddətinə azadlıqdan məhrum edilməklə 2,5 milyon ABŞ dolları məbləğində cərimə olunub, ikinci məsələ ilə bağlı isə bəraət alıb.

Xatırladaq ki, bu il iyulun 6-da N.Şərif korrupsiyaya dair daha bir cinayət işi üzrə 10 il həbs cəzasına və 8 milyon dollarlıq cəriməyə məhkum olunmuşdu.

Interpress.Az