2018-ci ildə dünyanın ən zəngin insanları yüzlərlə milyard dollar itiribbackend

2018-ci ildə dünyanın ən zəngin insanları yüzlərlə milyard dollar itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloomberg məlumatlarına əsasən, Bloomberg Billionaries İndex daxil olan dünyanın ən varlı 500 insanın gəliri $4,7 trilyona qədər azalıb.

2018-ci ildə gəlirini rekord səviyyəsinə çatdırmış Jeff Bezos da maliyyə itkisindən qaça bilmədi. Sentyabrda, o, $168 milyon qazanıb, ümumi kapitalı isə $69 milyard təşkil edib. Lakin, bir qədər sonra, Amazon təsisçisinin mülkiyyəti $53 milyarda qədər azalmışdır.

Mark Zuckerberg, baş vermiş böhranlar nəticəsində $23 milyard itirib. Digər milyarderlər ilə müqayisədə, onun itkisi daha çoxdur.

Qeyd edək ki, 2018-ci il Asiya milyarderləri üçün də uğurlu olmamışdı. Bu regionun 128 milyarderi təqribən $144 milyard itirib. Liderlər sırasına Çin sahibkarları daxildir. Onlardan daha çox Dalian Wanda Group təsisçisi olan Van Çzyanlin zərər görüb. Çinli milyarderin itirdiyi mülkiyyətin ümumi dəyəri $11,1 milyard kimi qiymətləndirilir.

Yaxın Şərqdə də vəziyyət qeyri-sabitdir. Səudiyyə Ərəbistanının bir sıra milyarderləri korrupsiyada günahlandırılaraq həbs olunmuşdu. Krallığın ən varlı insanı Al Valid, həbsdən azad olunduqdan sonra $3,4 milyard itirib.

Avropa milyarderləri də həmçinin böyük itkilərlə üzləşiblər. Schaeffler Gruppe şirkətinin sahibkarı olan Schaeffler ailəsi, 2018-ci il ərzində $17 milyard itirib.

Meksika milyarderi olan Karlos Slim, vaxtı ikən dünyada ən varlı insanların siyahısında birinci yer tutub. Hal-hazırda, meksikalı milyarder 6-cı yerdədir, onun ümumi kapitalı isə $54 milyard təşkil edir.

Interpress.Az