İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıbbackend

İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçki 2019-cu ilin aprel ayının əvvəlində olacaq.

Bununla bağlı qərar ölkə parlamentində təmsil olunan və vaxtilə koalsiya hökuməti yaratmış partiya sədrlərinin toplantısında qəbul olunub.

Qeyd edək ki, noyabrın 14-də İsrailin müdafiə naziri Aviqdor Liberman İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib. Bununla da koalisya hökuməti dağılıb. Baş nazir Binyamin Netanyahu noyabrın 19-da ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.(report)

Interpress.Az