İslam Kərimovun mühafizə xidmətinin başçısı həbs edilibbackend

İslam Kərimovun mühafizə xidmətinin başçısı həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Özbəkistanın Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, M.Tahirinin cinayəti ölkənin Gömrük Komitəsindəki fəaliyyəti ilə bağlıdır.

Məlumata görə, 55 yaşlı general-mayor 2018-ci il fevralın 13-də Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2016-cı il dekabrın 20-də təyin olunub. 2013-2016-cı illərdə İslam Kərimovun mühafizə xidmətinin başçısı olub. 2006-2008-ci illərdə Özbəkistan Milli Təhlükəsizlik Xidməti sədrinin müavini, 2008-2010-cu illərdə Təhlükəsizlik Şurası sədrinin müavini, 2010-2011-ci illərdə İslam Kərimovun dövlət müşaviri vəzifələrində işləyib.

Qeyd edək ki, İ.Kərimov 1991-ci il sentyabrın 30-dan 2016-cı il sentyabrın 2-dək Özbəkistanın Prezidenti olub. (report)

Interpress.Az