Səbaildə gənc oğlan bıçaqlandıbackend

Səbaildə gənc oğlan bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Səbail rayonu ərazisində qanlı hadisə baş verib.

Interpress.Az-ın məlumatına görə, Əl Oyunları Sarayının yanında 26 yaşlı Muxtarov Zaman İlkin oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyəti orta-ağırdır.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, saxlanılan yoxdur.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Interpress.Az