Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulubbackend

Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Interpress.Az \”Report\”a DİN mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumatda bildirilib ki, polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.

Belə ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Interpress.Az