“iPhone”un satışı bu ölkələrdə qadağan olunub?backend

“iPhone”un satışı bu ölkələrdə qadağan olunub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Münih Məhkəməsinin qərarına, əsasən “iPhone”un bəzi modellərinin adıçəkilən ölkədə satılması, onun ölkəyə idxalı haqqında daimi qərar alınıb. “Apple” bəzi modellərində batareyadan səmərəli istifadə edərək, onun ömrünü uzadan funksiyadan istifadə edib. Amma ən maraqlı nüans odur ki,“Apple”in istifadə etdiyi bu funksiyanı məhz “Qualcomm” kəşf edib. Qərar nəinki Almaniyada, həmçinin firmanın Avropa İttifaqı ölkələrində olan mağazalarına da təsir edəcək. Qərar “Qualcomm”un “Apple”a vurduğu potensial zərəri açıqlaması və “Apple”ın apellyasiya məhkəməsinə müraciətindən sonra qüvvəyə minəcək. Məhkəmənin çıxardığı qərara görə, “Apple” firmanın açıqlayacağı maddi zərəri qarşılamaq məcburiyyətindədir. Münih Məhkəməsi “Qualcomma”a bu cihazlardan “Apple”in əldə etdiyi satış və mənfəət rəqəmlərini də “Apple”dan istəmək üçün haqq verib.

Son iki həftədə iki vacib qərar

“Qualcomm”un vitse-prezidenti və şirkətin vəkili Don Rosenberg məsələ ilə bağlı deyib ki, “ötən iki həftə içində iki fərqli ölkənin qiymətli məhkəməsi “Qualcomm”un patentini təsdiq edib. Onlar “Apple”in mülkiyyət hüququnu pozduğunu açıqladılar. Həmin ölkələrin məhkəmələrinin çıxardığı qərara, əsasən Almaniya və Çin kimi vacib bazarlarda “iPhone”un bəzi modellərinin satış və idxalına qadağa qoyulub”.

Xatırlatmaq yerinə düşər ki, ötən həftə Çinin Fuzhou Məhkəməsi “Apple”ın “Qualcomm”un iki patentli məhsullardan istifadə etdiyi bütün “iPhone” modellərinin ölkə ərazisində satışına və idxalına qadağa qoyub.

Interpress.Az