“Helikopteri vurandan sonra o qədər qışqırdım ki…” – “Vur, komandir, vur!”un qəhrəmanı…backend

“Helikopteri vurandan sonra o qədər qışqırdım ki…” – “Vur, komandir, vur!”un qəhrəmanı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Moderator.az-ın əməkdaşı İlkin Muradovla görüşüb və onunla həmsöhbət olub:

– İlkin, bir az özün haqqında məlumat verərdin…

– 1990-cı ildə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuşam. İki bacının bir qardaşıyam. 2016-cı ildə ailə həyatı qurdum və bir oğlan övladım var.

– Bəs, hərbçi həyatın necə başladı?

– Özüm 2008-ci ildə Sumqayıt şəhərində əsgər kimi hərbi xidmətimi başa vurdum və ondan sonra rayona qayıtdım. 2012-ci ildə bir dostumla hərbçi kimi işləmək istəyirdik. Elə oldu ki, mənim problemlərim oldu gedə bilmədim, amma o, MAXE kimi kurs keçib, Ağdamda işə başladı. 2014-cü ilin mart ayında biz görüşdük və dedi ki, istəsən gəl, sən də hərbçi kimi orduda xidmətə başla. Mən də gedib işlə tanış oldum və üç ay kurs keçdikdən sonra iyulun 4-də MAXE kimi Ağdamda xidmətə başladım.

– Erməni helikopterini vuranda neçə ay idi xidmət edirdin?

– Dörd ay idi xidmət edirdim. Əslində, manqa komandiri olaraq atəş üçün komanda verməli idim, amma nəsə fikirləşdim ki, birdən elə olar ki, əsgər vura bilməz, ona görə özüm atəş açdım. Hadisədən üç gün öncə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Qarabağa gəlmişdi və biz onu uzaq məsafədən müşahidə edirdik. Ermənilər deyirdilər ki, təlim uçuşu keçiririk, amma onlar həmin ərazilərdə birinci dəfə idi ki, bu cür yaxın məsafədən manevrlər edirdilər. Gördüm ki, helikopterlər daha da yaxına gəlir, silahımı götürüb 1700 metr məsafədən helikopteri vurdum. Bəziləri deyirdi ki, onu təsadüfən vurmusan. Amma sizə onu da deyim ki, kursda 180 nəfər hərbçinin içində o silahla atəş nöqtəsini dəqiq vurduğuma görə, birinci yerə çıxmışdım. Onda 15 helikoper vurmuşdum.

– Helikopteri vurandan sonra hansı hissləri keçirdin?

– Helikopteri vurandan sonra o qədər qışqırdım ki, üç gün səsim çıxmadı. Hətta tibb məntəqəsinə apardılar ki, orada həkimlər müayinə etsin.

– “Vur, komandir, vur!” – deyən əsgərin kim idi?

– O, Şabran rayonundan olan əsgərim Abdullayev Mövlüdşah Abdulla oğlu idi. O əsgərlərim 2015-ci ildə xidmətlərini başa vurub tərxis olundular.

– Bu qəhrəmanlığına görə cənab nazir səni hansı medalla təltif etdi?
– \”Hərbi xidmətdə fərqlənməyə görə\” üçüncü dərəcəli medalı ilə təltif olundum. Sonra isə pul mükafatı da aldım. Pul mükafatından bölük və tağım komandirimə, mənə dərs keçən müəllimimə və əsgərlərimə də verildi. Rəisimizə mayor, tağım komandirimə isə baş-leytenant rütbəsi verdilər. 2016-cı il aprel döyüşlərində də iştirak etdim və xidmətlərimə görə, cənab nazir tərəfindən fəxri fərmanla təltif olundum. 2017-ci ilin sentyabr ayında ordudan tərxis olundum. Ümumilikdə üç il dörd ay xidmət elədim.

– Bu qədər məşhur ikən ordudan niyə tərxis olundun?

– Müqavilə müddətim bitdi və ailə vəziyyətimə görə təxris olundum. Evin tək oğluyam, alınmırdı. 2016-cı ildə də ailə həyatı qurdum və ona görə gördüm ki, ailəylə belə işləmək heç cür alınmır.

– Mülki həyatda nə işlə məşğulsan?
– Ordudan tərxis olunandan sonra bir şirkətdə mühafizə xidmətində işlədim. Sonra isə sənədlərimi Fövqəladə Hallar Nazirliyinə verdim və çox sağ olsun cənab nazir Kəmaləddin Heydərov özü məni qəbul etdi və işlə təmin olundum. Hazırda Neftçala rayonundan Yanğından Mühafizə Xidmətində işləyirəm və fikrim var ki, FHN-in akademiyasında da təhsil alım.

– Bu gün cəmiyyətdə sənə həmin hadisənin qəhrəmanı kimi münasibət necədir?

– Əlbəttə, hörmətlə yanaşırlar. Olub ki, yaxınlaşıb soruşurlar. Hamıdan razıyam. Çox sağ olsunlar diqqət göstərirlər.

– Toyunda bəs hansı tanınmışlar iştirak etdi?
– Millət vəkilimiz Aydın Mirzəzadəyə çox təşəkkür edirəm. O insan mənə çox köməklik edib. Toyumda da iştirak etdi. Onun köməkliyi sayəsində işə də qəbul olundum. Ömrümün axırına kimi ona minnətdaram.

“Helikopteri vurandan sonra o qədər qışqırdım ki...” - “Vur, komandir, vur!”un qəhrəmanı...

“Helikopteri vurandan sonra o qədər qışqırdım ki...” - “Vur, komandir, vur!”un qəhrəmanı...

“Helikopteri vurandan sonra o qədər qışqırdım ki...” - “Vur, komandir, vur!”un qəhrəmanı...

Interpress.Az