Gürcüstanda azərbaycanlı gənclərin yaralandığı atışma ilə bağlı üç nəfər saxlanılıbbackend

Gürcüstanda azərbaycanlı gənclərin yaralandığı atışma ilə bağlı üç nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1970-ci il təvəüllüdlü Z.T. adlı şəxs dekabrın 24-də Qaçiani kəndində qarşıdurma nəticəsində “Naqan” markalı tapança ilə üç nəfəri yaralayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəliblər. Qarşıdurmada iştirak edən iki şəxs polisə müqavimət və fiziki təzyiq göstərdiyinə görə saxlanılıb.

Faktla bağlı iki və ya daha çox şəxsin sağlamlığına qəsdən zərərvurma maddəsi üzrə cinayət işi başlanılıb. Saxlanılan şəxsi 9 ildən 13 ilədək, polisə müqavimət göstərən şəxsləri isə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, dekabrın 24-də Qardabani rayonunun Qaçianı kəndində qəbirstanlıqda baş verən atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç azərbaycanlı gənc yaralanıb.(report)

Interpress.Az