“PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İlham ƏLiyevə Təbrikbackend

“PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İlham ƏLiyevə Təbrik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Mübariz Mənsimov İlham Əliyevin ad günün təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə şirkətimizin hər bir əməkdaşı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Sizə uzun ömür, möhkəm cansağlığı, sevinc və firavanlıq dolu həyat arzu edirəm. Azərbaycan Respublikasının rəhbəri olaraq həyata keçirdiyiniz uğurlu fəaliyyət, daxili və xarici siyasətdə əldə etdiyiniz misilsiz nailiyyətlər ölkənin hər bir vətəndaşı üçün fəxr mənbəyidir. Bu əlamətdar gündə Sizə və Sizin başçılığınız altında dövlətimizə yeni yüksəlişlər, yeni müvəffəqiyyətlər diləyirəm.

Bu xüsusi tarixin verdiyi fürsətdən istifadə edərək, ali dövləti vəzifədə xalqın etimadını layiqincə doğrultduğunuza, ölkədə sahibkarlığa, sosial rifaha, iqtisadi tərəqqiyə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizin şəxsinizə böyük hörmət və ehtiramımı ifadə edirəm.

Hörmətlə,

Mübariz Mənsimov

“PALMALİ” Şirkətlər Qrupunun prezidenti