İlin son hərracı – 12 dövlət əmlakına 24 sifariş verildibackend

İlin son hərracı – 12 dövlət əmlakına 24 sifariş verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitədən Interpress.Az-a verilən məlumata görə, 12 dövlət əmlakı üzrə 24 sifariş qəbul edilib. Belə ki, bu dəfə 1 kiçik dövlət müəssisəsi və 4 nəqliyyat vasitəsi hərracda rəqabət yaradıb.

Kiçik dövlət müəssislərindən biri Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşir. Yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərmiş obyektin ümumi faydalı sahəsi 32 kv.m-dir. 1709 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin iqtisadi potensialını artırır, sahibinə geniş biznes imkanları qazandırır. 2 investorun iştirak etdiyi rəqabətli hərracda adıçəkilən dövlət əmlakı 70 min manata özəlləşdirildi. Bu kateqoriyadan olan dövlət əmlaklarından biri də paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsindəki mağaza anbarıdır. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlakın ümumi faydalı sahəsi 85.7 kv.m-dir. Mağaza anbarının müxtəlif xidmət sahələri üzrə fəaliyyəti ilə obyekt investor üçün gəlirli sahəyə çevrilə bilər. Hərracda özəlləşən qeyri-yaşayış sahəsi Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsindədir. Bu obyektin ümumi faydalı sahəsi 17,4 kv.m-dir.

Budəfəki hərracda vətəndaşların maraq göstərdiyi nəqliyyat vasitələri Qaz, Mitsubishi, Ford, Nissan və digər markalara aiddir. Rəqabət yaradan avtomobillərdən biri Hyundai Sonata markalı nəqliyyat vasitəsidir. 6 min manat ilkin qiymət təyin olunmuş bu dövlət əmlakını qalib iştirakçı 9 min 800 manat təklif etməklə özəlləşdirib.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 8 yanvar tarixində keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir.

Interpress.Az