Azərbaycanda qəzaya düşdüyü deyilən nazir müavini ilə bağlı – AÇIQLAMA – FOTObackend

Azərbaycanda qəzaya düşdüyü deyilən nazir müavini ilə bağlı – AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu barədə A24.az-a açıqlamasında qurumun mətbuat katibi Səmayə Məmmədova deyib. O bildirib ki, İ.Babayevin içərisində olduğu avtomobilin qəza törətməsi xəbəri yanlış informasiyadır: “İntiqam müəllim hazırda işdədir. Ümumiyyətlə, belə bir xəbərin olduğu yanlış məlumatdır”.

Qeyd edək ki, mətbuatda Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin Bakının Bülbül prospektində, Nizami Kino Mərkəzinin qarşısında qəzaya düşməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, İ.Babayev mərkəzin qarşısında “BMW” markalı, 10-AR-009 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərkən “Nissan Tida” markalı avtomobil “BMW”nin qapısına çırpılıb. Nazir müavininin xəsarət almasa da, avtomobilə ziyan dəydiyi qeyd olunub.

Xatırladaq ki, İ.Babayev 2000-ci ildən nazir müavini vəzifəsini icra edir.

Azərbaycanda qəzaya düşdüyü deyilən nazir müavini ilə bağlı - AÇIQLAMA - FOTO

Interpress.Az