“Azercell” reket saytları niyə yemləyir? – MŞ-dan açıqlamabackend

“Azercell” reket saytları niyə yemləyir? – MŞ-dan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda, xüsusən xəbər saytların sayının çoxalmasından sonra “reket jurnalistika” anlayışı geniş yayılıb. Bu media qurumlarında çalışanların əksəriyyəti peşəkar jurnalist fəaliyyəti ilə məşğul olmurlar. Onların əsas məqsədi kimlərisə şantaj etmək, bunun müqabilində pul almaqdır.

“Reket jurnalistika”ya qarşı Mətbuat Şurası daim mübarizə aparır. Reket media orqanlarının adı MŞ-nın \”Qara siyahı\”sında yer alır və müvafiq məlumatlar cəmiyyətə çatdırılır.

Lakin Azərbaycanda elə şirkətlər var ki, Azərbaycan jurnalistikasına ləkə olan həmin saytları sözün əsl mənasında yemləyirlər.

Belə şirkətlərdən biri də \”Azercell\”dir.

“Azercell” mobil rabitə şirkətinin elə bu gün keçirdiyi tədbirdə çəkilmiş fotolara baxdıqda da orada Mətbuat Şurasının \”qara sıyahı\”sında yer alan saytların rəhbərlərini görmək olar.

Məsələ ilə bağlı Mətbuat Şurasının sədr müavini Müsfiq Ələsgərlinin fikirlərini öyrəndik.

Interpress.Az xəbər verir k, O, AzNews.az-a açıqlamasında bildirib ki, ölkədə reket saytlar, bu saytlarda çalışan jurnalistlər və problemli KİV mövcuddur:

“Mətbuat Şurasının vəzifəsi onları ifşa etmək, adlarını ictimailəşdirməkdir. Onlara qarşı mübarizə aparır, onlardan olan şikayətləri tapıb adlarını cəmiyyətə açıqlayırıq. Eyni zamanda Mətbuat Şurasının saytında “Qara siyahı”da olanların adları var. Ona görə bunları ictimailəşdirib, sayta yerləşdiririk ki, müxtəlif qurumlar kimlərlə işləyəcəklərini müəyyən edə bilsinlər. Əslində hansı qurumların ki, mətbuat xidmətləri normal işləyir, onlar siyahıya baxır, buna diqqət edir, ictimai rəyi nəzərə alırlar. Mətbuat xidməti zəif olan qurumlar isə nə siyahılara, nə də digər məqamlara nəzər yetirirlər\”.

M.Ələsgərli əlavə edib ki, hər ay MŞ-nın pres-relizlərində reket saytların adlarını çəkirlər:

“Normal qurumlar normal KİV-lə işləyir. Kimlərsə normal işləmirsə, onlar da neqativ saytları seçirlər. Yaxşı olar ki, hamısı ictimai rəyi nəzərə alsınlar. MŞ-nın ictimailəşdirdiyi, qara siyahıya saldığı, ictimai qınağa tutduğu saytlarla ehtiyatlı davransınlar. Özlərinə partnyor seçəndə diqqətli olsunlar”.

Interpress.Az