Yeni nəsil kassa aparatlarına keçidlə bağlı – AÇIQLAMAbackend

Yeni nəsil kassa aparatlarına keçidlə bağlı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki,bunu “Marja”ya Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, onlayn kassa aparatlarına keçid birdən-birə bütün ölkə ərazisini əhatə etməyəcəkdir:

“Texniki həllər ilə bağlı ayrıca normativ-hüquqi akt olacaq. Kassa aparatı hər vurulan əməliyyatı avtomatik vergi orqanına ötürməlidir. Ola bilsin mövcud kassa aparatlarına kiçik qurğu əlavə edilsin, ola da bilər ki, aparatlar dəyişdirilsin”.

Samirə Musayeva əlavə etdi ki, onlayn kassa aparatlarının tətbiqi üçün Nazirlər Kabineti tərəfindən Vergilər Nazirliyinə maliyyə ayrılıb:

“Hökumət bu növ qurğuların alınması və quraşdırılması üçün ilkin vəsait ayırmışdır. Lakin sahibkarın onlayn kassa aparatının tətbiqinə görə necə ödəniş edəcəyi qanunvericilik ilə tənzimlənəcəkdir”.

Interpress.Az