Musa Quliyev: “Ailə həkimi haqqında” qanuna ehtiyac varbackend

Musa Quliyev: “Ailə həkimi haqqında” qanuna ehtiyac var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odur ki, ailə həkimi institutunun yaradılması indi real görünməsə də, yaxın iki-üç il ərzində onun gerçəkləşməsi mümkündür.

Interpress.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O qeyd edib ki, ailə həkimi institutunun yaradılması üçün “Ailə həkimi haqqında” qanuna ehtiyac var:

“Bu məsələ üzərində düşünülür, bu məsələ komitəmizin gündəmindədir. Hesab edirəm ki, növbəti sessiyaların birində ailə həkimi ilə bağlı qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması mümkün olacaq”.

Komitə sədrinin müavini onu da deyib ki, ümumiyyətlə, ailə həkimi ilk növbədə kənd və rayon yerlərində yaşayan əhaliyə ilkin tibbi yardım göstərilməsinə, tibbi maarifləndirmə işinin aparılmasına, lazım gələrsə, onların şəhər klinikalarında yerləşdirilməsi, konsultasiyalar alması və s. işlərin həyata keçirilməsinə xidmət etməlidir.

“İndiki ambulator poliklinikalarda çalışan terapevt və pediatrlar müəyyən kurs keçəndən sonra bu işi aparmaq imkanı qazanacaqlar. Ailə həkimi institutu insanların sağlamlığının təmin edilməsində və cəmiyyətin sağlam tərzdə inkişafında böyük rol oynayacaq.

Bu, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması, hər bir ailənin öz həkimi olması və rahat şəkildə tibbi xidmətlərə çıxış əldə etməsinə şərait yaradacaq”, – deyə M.Quliyev əlavə edib.

Interpress.Az