BAKI METROSUNDA FACİƏ – 78 YAŞLI KİŞİ ÖLDÜbackend

BAKI METROSUNDA FACİƏ – 78 YAŞLI KİŞİ ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu barədə A24.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisə bu gün 16:25 radələrində metronun “28 May” stansiyasında baş verib. Belə ki, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Nazim Əhmədov qatar gözləyən zaman qəfildən yerə yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Interpress.Az