Təhsil Nazirliyi: Bu il 50-dən çox azərbaycanlı dünyanın aparıcı universitetlərini bitiribbackend

Təhsil Nazirliyi: Bu il 50-dən çox azərbaycanlı dünyanın aparıcı universitetlərini bitirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən bildirilib ki, cari ildə Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kembric Universiteti, Oksford Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Şərq Texniki Universiteti, Bilkent Universiteti və dünyanın digər aparıcı ali təhsil müəssisələri tərəfindən verilən diplomların nostrifikasiyası üzrə Təhsil Nazirliyinə 50-dən çox müraciət daxil olub.

Qeyd olunub ki, həmin müraciətlərin böyük əksəriyyəti müsbət cavablandırılıb, digər hissəsinin icraatı isə hələ davam edir: “Nəzərə alınmalıdır ki, hazırda həmin ali məktəblərdən məzun olmuş vətəndaşların müəyyən hissəsi xaricdə təhsillərini növbəti pillədə davam etdirir, təcrübə qazanır. Həmin şəxslər diplomlarının nostrifikasiyası üçün Təhsil Nazirliyinə hələ müraciət etməyiblər”.

Nazirlikdən həmçinin bildirilib ki, bu il nostrifikasiya üzrə daxil olmuş müraciətlər arasında xarici ölkələrin dövlət universitetlərindən məzun olanlar özəl universitetlərlə müqayisədə sayca üstünlük təşkil edib.

Interpress.Az