Sərhədçilərimiz düşmənlə 70 metrlik məsafədə – VİDEObackend

Sərhədçilərimiz düşmənlə 70 metrlik məsafədə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, artıq düşmənlə 70 metr məsafədə sərhədçilərimiz keşik çəkir.

Müasir müşahidə cihazları ilə təmin olunan sərhədçilərimiz düşmənin yaşayış məntəqələrini və magistral yolunu da nəzarətdə saxlayır. Şəxsi heyətlə gündəlik mühafizə, müdafiə, əks həmlə və döyüş tapşırıqları üzrə nəzəri və praktiki dərslər keçirilir.
Ön xəttə xidmət aparan sərhədçilərimiz qısa müddətdə ən müasir texnika və mühafizə qurğuları ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan snayper tüfəngləri, iri çaplı pulemyot və fərqli taktiki-texniki xüsusiyyətlərə malik olan mina və qumbaraatanları da Qazax sərhəd dəstəsinin arsenalında yer alır.

Təmas xətti boyunca bütün məntəqələrdən düşmənin istənilən postunu snayperlər daim müşahidə edir.

Əsgərlərin məişət və xidmət şəraiti də diqqət mərkəzindədir. Bu isə əsgərlərin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün vacib şərtdir.

Bununla bərabər sərhəd xəttində döyüş postlarının və məntəqələrin yenidən qurulması prosesi davam edir.

Qazax və Ağstafa istiqamətində artıq bir neçə məntəqədə yenidənqurma və tikinti işləri başa çatmaq üzrədir.

https://www.youtube.com/watch?v=ugrTZM_L6fk