Pensiya ilə bağlı əhaliyə mühüm xəbər – Avtomatlaşdırılmış şəkildə aparılacaqbackend

Pensiya ilə bağlı əhaliyə mühüm xəbər – Avtomatlaşdırılmış şəkildə aparılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu sözləri 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində əldə olunan nəticələri diqqətə çatdırarkən nazir S.Babayev bildirib.

Nazir diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb ki, onlardan 1000 nəfərini sosial yardm alan aiələrdən olanlar, 1255 nəfərini məcburi köçkünlər, 1000 nəfərdən çoxunu əlilliyi olanlar, 158 nəfərini şəhid ailəsi üzvləri və digər həssas qruplar təşkil edib:

\”Proqrama cəlb olunanlardan artıq 4 min nəfərinə mal və materiallar verilməklə kiçik ailə təsərrüfatları yaradılıb və proqram iştirakçılarınımn mal və materiallarla təminatı işləri hazırda davam edir. Özünüməşğulluq proqramına fəal dəstək olaraq, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən də 125 ailənin bağçılıq təsərrüfatları da yaradılıb.

2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən qeyri-büdcə sektoru üzrə 145 milyon manat artıb. Proqnoza 105,4 faiz əməl olunub. Cənab Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində təkmilləşdirmələr aparılıb. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər gələn ilin əvvəlindən pensiya təyinatının heç bir sənəd və vətəndaşın fiziki şəkildə müraciəti tələb olunmadan, yəni avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verəcək. Başqa sözlə, 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 fazinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq.

Həmçinin pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq\”.

Interpress.Az