Azərbaycan hökuməti gücünü ona yönəldib ki, vətəndaşları yaxşı yaşasın – Əli Əhmədovbackend

Azərbaycan hökuməti gücünü ona yönəldib ki, vətəndaşları yaxşı yaşasın – Əli Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfindən keçirilən “Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransda Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, dövlətin mahiyyəti vətəndaşları layiqli həyatla təmin etməkdir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun qarşısına qoyulan vəzifələri layiqincə və səmərəli şəkildə həyata keçirir. Dövlətimizdə insanın həyatı ilə bağlı olan bütün funksiyaların yerinə yetirilməsi böyük əhəmiyyət kəsb edir. Dövlət inkişaf etdikcə onun funksiyalarında da mühüm dəyişikliklər baş verir. Azərbaycan dövləti də sosial sferaya böyük dəyər verir”.

Ə.Əhmədovun sözlərinə görə, nazirliyin həyata keçirdiyi funksiyalar insanların dövlətdən məmnunluq dərəcəsinə bilavasitə təsir edir: “Azərbaycan dövləti ciddi şəkildə inkişaf edir. Bütün sferalarda islahatlar həyata keçirilir. Azərbaycan hökuməti gücünü ona yönəldib ki vətəndaşları yaxşı yaşasın. Bizim siyasətimiz mərkəzində insan dayanır. Azərbaycan vətəndaşlarının hökumətə böyük etimad göstərməsinin səbəbi odur ki, hökumət nə edirsə insanın rifahını yaxşılaşdırılmaq üçün edir”.

O qeyd edib ki, bundan sonra da Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə dövlətin iqtisadi qüdrətini artırmaqla insanlara göstərilən xidmətin keyfiyyətini və onların həyat şəraitini daha da yüksəltməkdir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, insanlara göstərilən geniş çeşidli xidmətlərin keyfiyyəti yaxşılaşdırılsın, şəffaflığın artırılmasına nail olunsun”.

Interpress.Az