Ronaldo 67 aydan sonra ehtiyatdabackend

Ronaldo 67 aydan sonra ehtiyatda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az verir ki, Kriştiano Ronaldo “Yuventus”un “Atalanta” ilə görüşünə ehtiyat oyunçular skamyasında başlayacaq.

Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri bunu öncədən açıqlayıb. Portuqaliyalı ulduzun “11-lik”dən kənar qalması isə nadir təsadüf olunan hadisədir.

Onun sonuncu dəfə matça ehtiyatdan başlaması 2017-ci il avqustun 17-də yaşanıb. “Barselona” ilə İspaniya Superkubokunun matçına ehtiyatdan başlayan Ronaldo 58-ci dəqiqədə meydana daxil olub. “Real”ın həlledici qoluna imza atan hücumçu az sonra qırmızı vərəqə ilə meydandan qovulub.

Çempionat oyununda isə Ronaldosuz start fiti çoxdan verilmirdi. Sonuncu belə hadisə 2013-cü il mayın 11-də qeydə alınıb. “Real”ın “Espanyol”la görüşündə ulduz yalnız 56-cı dəqiqədə meydana daxil olub. 5 il 7 ay, yəni 67 ay yaşanan bu hadisədən sonra Ronaldo ya start heyətdə yer alıb, ya da müxtəlif səbəblərdən ümumiyyətlə adı protokola daxil edilməyib. (matc.az)

Interpress.Az