Astara yükaşırma terminalının tikintisi nə vaxt başa çatacaq?backend

Astara yükaşırma terminalının tikintisi nə vaxt başa çatacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Astara yükaşırma terminalı 35 hektar sahədə yerləşir və tikinti işləri iki mərhələ üzrə həyata keçirilir.

Artıq birinci mərhələ üzrə Astaraçay və Kəmərbəndi körpüsü arasında 1400 metrlik dəmir yolunun, Bağçasaray körpüsünün, eləcə də Kəmərbəndi körpüsünün Ərdəbil və Rəşt istiqamətində 1440 metr uzunluğunda avtomobil yolunun tikintisi tamamlanaraq istifadəyə verilib.

Astara yükaşırma terminalının 10 hektar ərazisində isə torpaq işlərinin 90 faizi, suötürücü kanalın tikintisi işlərinin 85 faizi yerinə yetirilib, 1,6 kilometr uzunluğunda dəmir yol xətti inşa olunub, 1800 kvadratmetrlik yükdoldurma-yükboşaltma platforması və gömrük binası tikilərək istifadəyə verilib.

Tikinti-quraşdırma işlərinin 2020-ci ilin 1-ci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur.

Interpress.Az