Qondarma “respublika”dan Ramil Səfərovla bağlı sərsəm bəyanatbackend

Qondarma “respublika”dan Ramil Səfərovla bağlı sərsəm bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma “respublika”nın “prezidenti”nin mətbuat katibi Davit Babayan Azərbaycanın ünvanına növbəti ittihamla çıxış edib. Çıxışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamasını dəyərləndirən Babayan, Azərbaycanı qeyri-konstruktivlikdə ittiham edib, habelə rəsmi Bakının münaqişəni yoluna qoymağa hazır olmadığını bildirib. Babayan bildirib ki, E.Məmmədyarov güzəşt kimi Dağlıq Qarabağda yaşayan hər kəsin güvənliyinin təmin ediləcəyini bildirsə də, onlar indi də özlərini güvəndə hiss edirlər.

Babayan istehza ilə bildirib ki, bu gedişlə Azərbaycan Ramil Səfərovu da Qarabağın qubernatoru təyin edəcək:

Qondarma “respublika”dan Ramil Səfərovla bağlı sərsəm bəyanat

“Azərbaycanın təklif etdiyi ssenairdə növbəti addım Ramil Səfərovun Qarabağa qubernator təyin edilməsidir. O zaman fiziki təhlükəsizliyimizi təmin etmək baxımından heç bir çatışmazlığımız qalmaz”.

P.S.Göründüyü kimi, Azərbaycan hərbçisinin ümumi qəhrəmanlıq obrazını əks etdirən Ramil Səfərovun adı bu gün də düşmənlər arasında böyük qorxu və həyəcanla çəkilməkdədir. Və əslində Babayanın Ramil Səfərovla bağlı lağca səsləndirdiyi bu təklifə – Ramil Səfərovun Qarabağa qubernator təyin edilməsi təklifinə zamanı gəlincə yenidən baxmaq mümkündür. Ramil Səfərov sərgilədiyi cəsarət və qəhrəmanlıqla sübut etdi ki, o, hər cür etimada, hətta Qarabağa qubernator təyin edilməyə belə layiqdir. Axı niyə də yox?(moderator.az)

Interpress.Az