Azərbaycanlılar gürcü, erməni və ruslardan xoşbəxtdirlər – REYTİNQbackend

Azərbaycanlılar gürcü, erməni və ruslardan xoşbəxtdirlər – REYTİNQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, siyahıda 156 ölkə yer alıb.

Azərbaycan reytinqdə 57-ci olub. Qonşu Rusiya 59-cu, Türkiyə 74-cü, Gürcüstan isə 128-ci yerdə qərarlaşıb. Ermənistan siyahıda 129-cu yeri tutub.
Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya göstərilib. İlk onluğa Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya daxil olub.

Bu il ilk dəfə olaraq araşdırmalarda miqrasiyanın əhalinin xoşbəxtliyinə təsiri də hesablanıb.

Dünyanın ən bədbəxt ölkələri kimi Yəmən, Tanzaniya, Cənubi Sudan, Cənubi Afrika Respublikası və Burundi göstərilib.

Interpress.Az