Xalq artistinin ayağı amputasiya ediləcəkbackend

Xalq artistinin ayağı amputasiya ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Xalq artistinin sputnik.az-a danışan qızı Cəlalə Əzizbəyli bildirib ki, bugünkü konsultasiyada Ramiz Əzizbəylinin sabah əməliyyat olunması ilə bağlı qərar qəbul edilib:

“Çünki barmaq hissə çürüyüb və qanqrena getdikcə irəliləyir. Həkimlər daha çox sepsis olma ehtimalından qorxurlar. Bu səbəbdən də atamın ayağının daban hissədən kəsilməsi ilə bağlı qərara gəliblər. Atamın o biri ayağı da xəstə olduğundan həkimlər istəyir ki, heç olmasa, bu ayaqla dayaq saxlaya bilsin”.
C.Əzizbəyli əməliyyatın Xalq artistinin həyatı üçün riskli olduğunu da qeyd edib.

Aktyorun qızı atasının da əməliyyatdan xəbərdar olduğunu bildirib:

“Atam sabah ayağının kəsiləcəyini bilir. Heç nə demir, etiraz etmir. Deyir ki, “yaşamaq istəyirəm, əsas odur ki, ayağımı kəssələr də, yaşayım”.

Interpress.Az