Gələn il təxminən 36 min nəfərin aylıq pensiyasında artım olacaqbackend

Gələn il təxminən 36 min nəfərin aylıq pensiyasında artım olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmzalanan bu sənədlər Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmasına və bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə, vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə, nəticədə pensiya təyinatı sahəsində vətəndaş məmnunluğuna nail olunmasına xidmət edir.

Interpress.Az-ın məlumatına görə, “Əmək pensiyaları haqqında” qanunda edilmiş dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiya hüququ yaranmış şəxslə rin 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış qaydada aparılacaq. Bu da pensiya hüququ yaranan vətəndaşların həmin hüquqlarını rahat şəkildə reallaşdırması ilə onların məmnunluğuna səbəb olacaq. Belə ki, pensiya, şəxsə onun pensiya hüququnun yarandığı gün təyin ediləcək və onun sistemdə mövcud olan əlaqə vasitələrinin birinə pensiyanın təyin olunması, təyin edilmiş pensiyanın məbləği, pensiyanı almaqdan ötrü ödəniş kartını əldə etmək üçün nə zaman və hansı banka müraciət etmələri barədə sms vasitəsilə məlumat veriləcək.

Pensiya təyin olunması üçün vətəndaşın müraciətinə, onun fiziki iştirakına ehtiyac olmayacaq, ondan heç bir sənəd tələb edilməyəcək. Bu sahədə vətəndaş-məmur təması və süründürməçilik tam aradan qalxacaq, şəffaflıq və operativ pensiya təyinatı təmin ediləcək. Müvafiq sahədə idarəetmə tam elektron texnologiyalar üzərində müasir və səmərəli təşki olunacaq.

Eyni zamanda, 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunacaq. (Əgər vətəndaşın 2006-cı ilədək faktiki sosial sığorta stajı 25 ildən çox olarsa, onların faktiki sosial sığorta stajı nəzərə alınacaq.)

Interpress.Az