Yaponiyada iki nəfər 30 illik cinayətə görə edam edildibackend

Yaponiyada iki nəfər 30 illik cinayətə görə edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ədliyyə naziri Takasi Yamasita bildirib ki, hökmün 25 dekabrda qüvvəyə minməsi üçün sərəncam imzalayıb.

Edam edilənlər cinayətkar sindikat üzvü və keçmiş investisiya məsləhətçisi olub.

Nazir bildirib ki, qatillər qurbanlarını “eqoist səbəblər”ə görə qətlə yetiriblər.

Qeyd edək ki, təkcə bu il Yaponiyada 15 nəfər edam edilib. Daha 107 nəfər ölüm hökmünün icrasını gözləyir. Qaydalara əsasən, ölüm hökmü asılma ilə və məhkəmə qərarından bir neçə il sonra icra edilir.

Interpress.Az