Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbbackend

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az DİN Mətbuat Xidmətinə istinadən məlumatına görə, dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisindən şəhər sakini Elçin Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İbrahim Quliyev müəyyən edilərək saxlanılıb.

Interpress.Az